“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Almaniyanın “EKM” Global Consulting GMbH şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalanıb

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, elektroenergetika sahəsinin yüksək ixtisaslı kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsində müasir tələblərə cavab verən təlim-tədris metodikasının rəqəmsal texnologiyalar üzərində qurulduğunu qeyd etdi. O, həmçinin məlumat verdi ki, şəbəkələrin müasir, texnogen xarakterli innovativ üsullarla idarə edilməsinin təmin edilməsi üçün müvafiq kateqoriyalı mütəxəssislərin Virtual Reallıq Təlimlər sisteminin köməyi ilə hazırlanması qısa vaxt ərzində mühüm nailiyyətlər əldə etməyə geniş imkanlar yaradır. Bu, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də paylayıcı şəbəkələrdə artıq tətbiq edilmiş və edilməsi nəzərdə tutulan innovasiyaların istifadə imkanlarının araşdırılması, layihələndirilməsi və mütəxəssislərin hazırlanması istiqamətində atılmış növbəti mühüm addımdır. Bundan sonra da, rəqəmsal və innovativ texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənimsənilməsi və gənc kadr potensialına çatdırılması üçün EKM Global Consulting şirkəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəyik.

