Zaqatalanı sel aparıb, deputatlar mürgüləyir…

Zaqatalanı sel aparıb, deputatlar mürgüləyir… Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunur.

Parlamentdə olan həmkarlarımdan və dostluğumda olan millət vəkillərindən xahiş edirəm, Zaqatalanın deputatlarını görsəniz onlara deyin ki, rayonun 16 mindən çox əhalisi olan Aşağı və Yuxarı Tala kəndlərinin su xəttini sel aparıb. Su xəttinin təmir-bərpası üçün çox vəsait tələb olunur. Dövlət büdcəsindən təmirə pul ayrılmasının vacibliyini büdcə müzakirəsində səsləndirsinlər”.

Reportyor.info xəbər verir ki, bu sözləri jurnalist Hafiz Heydərov feysbuk hesabında deyib. Qeyd edək ki, Zaqataladan olan deputatlar Elşən Musayev və Kamilə Əliyevadır.
Geri qayıt