"Bakı Nəqliyyat Agentliyi, biz avtomobillərimizi harada saxlayaq?" - GİLEY

"Bakı Nəqliyyat Agentliyi, biz avtomobillərimizi harada saxlayaq?" - GİLEY "Mən CityPoint binasında işləyirəm. Avtomobillərimizi park etmək üçün əvvəl yaxınlıqda avtodayanacaq var idi. Sonra ora modul tipli xəstəxana oldu.
Onun yanında yol polisinin cərimə meydançasını verdilər dayanacağa..."
DİA.AZ bildirir ki, bu sözlər Bakı sakini Fuad Məmmədovun "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşdığı şikayətdə yer alıb.

Daha sonra narazı vətəndaş yazır: "Burada nə qədər iş yeri var, XDMX var, hansı ki, hərbiçilər avtomobillə gəlirlər və s., hamısı orada saxlayırdı. Sərt karantin bitib deyə, yolların qıraqlarında indi boş yer tapmaq çətindir. O dayanacağı da 158 TAXİ alıb, taksi qarajı eləyib bir neçə gündür.

Bakı Nəqliyyat Agentliyi, biz avtomobillərimizi harada saxlayaq? Zəhmət olmasa, yer bildirin ki, sonra deməyəsiniz ki, qanunsuz parklanma etmisiniz, 20 manat cərimə edilirsiz".

Vətəndaşın narazılığı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Bakı Nəqliyyat Agentliyi, biz avtomobillərimizi harada saxlayaq?" - GİLEY
Geri qayıt