Deputat TƏBİB-i tənqid etdi: "40 gündən çoxdur ki..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib ki, iyunun 12-də TƏBİB-in rəhbərliyinə məktub göndərib. O bildirib ki, bunu üstündən 40 gündən çox vaxt keçib:
“Buna baxmayaraq mənim məktubuma cavab verilməyib. Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdı sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”- deputat əlavə edib.