Azərpoçt-un əndrabadi iş saatları - İTTİHAM /FOTOFAKT

Azərpoçt-un əndrabadi iş saatları - İTTİHAM /FOTOFAKT Azərpoçtdan şikayətlərin ardı arası kəsilmir. Daha bir şikayəti sosial şəbəkə istifadəçisi Murad Quliyev sosail şəbkələrə ünvanlayıb. Murad Quliyev şikayətində yazır:
Şikayətim Azərpoçt Şəbəkə sisteminin İnşaatçılar filialındandır. Təcili bir sənədi göndərmək üçün, istidə tər içində qaçaraq özümü çatdırmışam ATS binasındakı "şəbəkə"yə.
Sənədi bu gün göndərməli idim, vacibli idi. Saat 17:00a qədər sistem işləməli, vətəndaşlar qəbul olunmalı olmağına baxmayaraq, 31.07.2020 saat 16:43-də çatanda qapının ağzında qarşılayan işçi üzümə dirəndi ki saat 16:30-dan gələn vətəndaşların hamsını geri qaytarırıq. (Rəhbərlik ərinməsə, məsuliyyət hiss etsə daxil olub video görüntülərdən qulaq asa bilər işçi ilə dialoquma!).
Mən çölə çıxıb məcbur vəziyyətdə(əsəb içində) 169-u yığdım. Şikayətimi eşidib işçi qaçıb gəldi ki, bəs "Müəllim bilmədik şikayət edərsiniz, buyurun sizi qəbul edək!"
Bayaqdan az qala qovacaq emosiya ilə sualımı cavablandırıb məni çölə çıxaran işçinin bu "üzrünü" qəbul etmədim! Ona görə ki, tək mən yox 16:30-dan gör neçə insanı incitmiş, vəzifəsindən sui istifadə etmiş belə nankorların dərsi verilməlidir! İndi gecikən (Çox vacib!) işimə görə bu şöbəni məhkəməyə vermək istəyirəm. Həmin şöbədə incidilən vətəndaşlar da mənə şəxsidə yazsa məmnun olaram.(O qədər poçt məsəlisində incidilmişəm ki, daha bu məsələni boş buraxmaq istəmirəm) Bir də xahişim, prosedurları hüquqşünas yoldaşların yol göstərərək bura şərhdə qeyd etməsidir. (Sonra üzə durub yox biz belə deməmişik, elə deməmişik məsələsi olmasın deyə, növbəni götürüb saxladım!.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Teref.az
Geri qayıt