"Azərcell"-dən bitməyən şikayətlər - FOTO

"Azərcell"-dən bitməyən şikayətlər - FOTO Azərbaycanın mobil operatoru Azercelldən bitib tükənməyən şikayətlərə daha biridə əlavə olundu. Keçmiş Azərbaycanın mobil operatoru Azercell istifadəçisi Arif Quliyev şikayətində yazır:
Şikayətim Azərbaycanın mobil operatoru Azercell'dəndir.
Uzun müddət mən Azercell nömrə istifadə etmişəm. Sonrakı dönəmdə internet paketləri və danışıq tarifləri əlverişli olmadığı üçün bu operatoru tərk etdim.Artıq 1 həftə olar ki, Binəqədinin icra məmuru zəng vurub, mənim əvvəl istifadə etdiyim nömrədə 52 manat borc yarandığını deyir.Yaranmış borcu dərhal ödəməyimi tələb edir.Məsələ ilə bağlı Azercell'lə əlaqə saxladım. Azercell yaranmış borca görə məni təqsirli bildi.Guya nəyəsə abunə olmuşam və ardıcıl olaraq hər ay mənə borc yığılıb.
Arif Quliyevi qeyd edir ki, Azərcell müştərini özbaşına hansısa kampaniya və ya abunəliyə qoşur. Sonra da borc yaradıb məhkəməyə verir.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Azərcellin belə əməllərindən minlərlə şikayətçi var. Şiakyətçilər hamısı deyir onların xəbəri olmadan onlar hansısa bir kompaniyaya qoşurlar və sonra deyirlər ki, flan qədər borcun var.
Ümid edirik ki, bəlkə Azərcell bu ittihamlara cavab verər və bizdə onun cavabını dərc edərik!
Teref.az
"Azərcell"-dən bitməyən şikayətlər - FOTO
Geri qayıt