DGK-da nə baş verir? - İDDİA

DGK-da nə baş verir? - İDDİA Keçən həftə xəbər verərərk bildirmişdik ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik gözlənilir. Etibarlı mənbədən redaksiyamıza DGK sədri postunda Səfər Mehdiyevi əvəzləyəcək şəxsin kimliyi barədə də məlumat daxil olmuşdu. Mənbə DİA.AZ-a bildirmişdi ki, DGK rəhbəri Səfər Mehdiyev artıq etibarı itirmiş bir fiqurdur və onun yola salınması qərarı qətidir: "DGK-nın ləğvi də aktuallığını itirib. Daha dəqiqi, belə bir sosial sifariş olsa da, "yuxarılar" bunu müsbət qarşılamadığından DGK ayrıca struktur olaraq qalır".

Mənbə Səfər Mehdiyevin yerinə bir başqa ünvandan yox, elə DGK-dan sədr gəiriləcəyini də açıqlamışdı: "Səfər Mehdiyevi isə DGK sədri postunda hazırda Dövlət Gömrük Komitəsi sədrinin müavini postunu tutan İqbal Babayevin gətirilməsi gözlənilir. Hələlik ən şanslı namizəd odur".

Qeyd edək ki, Səfər Mehdiyevdən fərqli olaraq İqbal Babayev işinin mütəxəssisi kimi tanınır və onunla bağlı müsbət fikirlər var.

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, belə bir niyyətin olması DGK rəhbərliyini əməlli-başlı qarışdırıb və hətta Səfər Mehdiyevə yaxçşı görünmək istəyənlər sədr postuna iddialılar sırasında ən şanslı namizəd olaraq adı hallanan İqbal Babayevə qarşı hərəkətə də keçiblər.

Mənbə iddia edir ki, gömrükdəki "təmkinli dairələr" isə bu xəbəri qurumda rəhbərlik arasında etimadsızlıq mühitinin yaradılması məqsədilə ortaya atıldığını iddia edərək məsələnin üstünə gedilməməsini tövsiyyə ediblər. Gömrükdən qeyri-rəsmi olaraq DİA.AZ-a daxil olan son məlumatda deyilir: "Səfər Mehdiyev təbii ki, bu xəbərdən şoka düşüb. İqbal Babayevi istənilən halda zərərsizləşdirməyə çalışacaq. İqbal Babayev isə "bizi üz-üzə qoymaq istəyirlər" deyərək vəziyyətdən çıxmağa çalışır. Amma gecdir artıq və proses başlayıb. Səfər Mehdiyev DGK rəhbərliyinə ən şanslı namizəd kimi adı hallanan Babayevə qarşı hər hansı addımı ata bilməyəcək. Əks halda, bu onun gedişini daha da sürətləndirə bilər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt