Mehriban Vəzir AZAL-ın baha biletlərinə etiraz etdi: "Elə bilirsiniz hər kəs yollara kefindən çıxır?

Mehriban Vəzir AZAL-ın baha biletlərinə etiraz etdi: "Elə bilirsiniz hər kəs yollara kefindən çıxır? Bakı-İstanbula reysləri günlük rejimə keçib. Gediş-gəlişin bu günkü qiyməti,.. ən ucuzu (Bakı testi ilə) 1200-1500 manat...
Ən ucuzu! O da tapsan!
Əvvəldən alınmış ucuz biletləri qəbul etmirlər, yalnız xüsusi adlandırdıqları bu reyslərlərin bileti keçərlidir. "Od tutub yanan" bu qiymətlər - bu yağma oktyabrın sonuna kimi davam edəcək - deyə bəyan etdilər...
Pandeminin vurduğu zərəri vətəndaşın cibindən çıxarırlar...

Elə bilirsiniz hər kəs yollara kefindən çıxır?
Bəlanı fürsət bilib yağmaçılıq edirsiniz...
Niyə bu qədər acgözsünüz?
Niyə bu qədər zülmkarsınız?
Niyə bu qədər ədalətsizsiniz?
Niyə bu qədər fürsətcilsiniz?
Gözünüz doymayacaqmı?

Pandemidən - dünyaya gələn bəladan bu qədər faydalanan ikinci bir ölkə yoxdur.
Satılmış biletləri saymayan, vətəndaşa yenidən bahalı bilet satan, hər yerdə pulsuz olan testi 120 manata edən...

Özünüzdən xəbəriniz varmı?
Mehriban Vəzir
Mehriban Vəzir AZAL-ın baha biletlərinə etiraz etdi: "Elə bilirsiniz hər kəs yollara kefindən çıxır?
Geri qayıt