Azərbaycanda "Üsyankar səfir"in əmisi oğluna yüksək vəzifə verildi

Azərbaycanda "Üsyankar səfir"in əmisi oğluna yüksək vəzifə verildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində struktur islahatları aparılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum yaradılıb.

Yaradılan Ərazi Mərkəzlərində birləşən rayonların adları və rəhbərləri:

1 saylı Ərazi Məşğulluq Mərkəzində Yasamal, Səbail, Qaradağ rayonları - Ələkbərov Məmməd Hidayət oğlu

2 saylı Ərazi Məşğulluq Mərkəzində Pirallahı, Xəzər rayonları – Məhərrəmov Nəcəf Fərhad oğlu

3 saylı Ərazi Məşğulluq Mərkəzində Sabunçu, Suraxanı, Nizami rayonları – Məmmədov Rövşən Teyyub oğlu

4 saylı Ərazi Məşğulluq Mərkəzində Binəqədi, Şuşa, Nərimanov rayonları – Məmmədzadə Sənan Raqub oğlu

5 saylı Ərazi Məşğulluq Mərkəzində isə Xətai, Nəsimi, Zəngilan rayonları – Adilov Elnur Adil oğlu

6 saylı Ərazi Məşğulluq Mərkəzində Gəncə-Nizami, Gəncə-Kəpəz, Göygöl, Samux və Kəlbəcər – Məmmədov Rəfat Faiq oğlu

7 saylı Ərazi Məşğulluq Mərkəzində Sumqayıt, Abşeron və Qubadlı –Bədəlov Elxan Həsən oğlu

8 saylı Ərazi Məşğulluq Mərkəzində Şamaxı, Qobustan, Ağsu – Səmədov Ceyhun Rafiq oğlu

9 saylı Ərazi Məşğulluq Mərkəzində Qusar, Xaçmaz, Quba – Cəfərov Cəfər Mirzəoğlu

10 saylı Ərazi Məşğulluq Mərkəzində Siyəzən, Xızı, Şabran –Quliyev Elmir Vilayət oğlu

11 saylı Ərazi Məşğulluq Mərkəzində İsmayıllı, Göyçay, Qəbələ, Oğuz - Bədəlov Emil Veysəl oğlu

12 saylı Ərazi Məşğulluq Mərkəzində Qax, Şəki, Zaqatala, Balakən – Kərimov Abdulla Şahmar oğlu

13 saylı Ərazi Məşğulluq Mərkəzində Salyan, Şirvan, Hacıqabul, Neftçala – Əliyev Vasif Abdul oğlu

14 saylı Ərazi Məşğulluq Mərkəzində Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı – Abbasov Elvin İbrahimoğlu

15 saylı Ərazi Məşğulluq Mərkəzində Astara, Lənkəran, Lerik – Mustafayev Əlzamin Bahadur oğlu

16 saylı Ərazi Məşğulluq Mərkəzində Saatlı, Sabirabad, İmişli, Cəbrayıl – Seyidov Mirşamil Mirsakit oğlu

17 saylı Ərazi Məşğulluq Mərkəzində Beyləqan, Ağzabədi, Füzuli, Xocavənd, Laçın – Quliyev İlham Yunus oğlu

18 saylı Ərazi Məşğulluq Mərkəzində Tərtər, Bərdə, Ağdam, Naftalan – Ağayev Azər Vəkil oğlu

19 saylı Ərazi Məşğulluq Mərkəzində Ucar, Kürdəmir, Zərdab, Ağdaş – Nuriyev Samir Ağasahib oğlu

20 saylı Ərazi Məşğulluq Mərkəzində Goranboy, Yevlax, Mingəçevir, Xocalı – Ələsgərov Nicat Bəşir oğlu

21 saylı Ərazi Məşğulluq Mərkəzində Gədəbəy, Şəmkir, Daşkəsən – Nəzirli Nihad Şamil oğlu

22 saylı Ərazi Məşğulluq Mərkəzində Qazax Tovuz Ağstafa – Nəsibov Elçin Qurban oğlu.

Demokrat.az-ın qeydi: 6 saylı Ərazi Məşğulluq Mərkəzinin yeni rəhbəri Rəfat Məmmədov Azərbaycan dövlətinə xəyanət etmiş keçmiş səfir, hazırda Avropaya sığınan Arif Məmmədovun əmisi oğludur. O, Sahil Babayevin əmri ilə bu ilin iyun ayında Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon Məşğulluq Mərkəzinə direktor təyin olunmuşdu.

Əslində, Rəfat Məmmədova verilən yüksək vəzifə bir daha onu göstərir ki, Azərbaycanda hakimiyyətə ən sərt və radikal mövqedə dayanan şəxslərə və onların yaxınlarına belə heç bir fərq qoyulmur. Əksinə, insanlar öz bacarıqları və biliklərinə görə vəzifələrə təyin olunurlar.
Geri qayıt