"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - AÇIQLAMA

"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - AÇIQLAMA "İstənilən halda biz karantin qaydalarını sərtləşdirməliyik".

Bunu professor Adil Qeybulla Operativ Qərargahın Qurban bayramı ilə əlaqədar hazırladığı tədbirlər planından danışarkən deyib. Professor bildirib ki, bayram ərəfəsində insanlar karantin qaydalarına əməl etməlidir:

"Adamlar maska taxmalı və sosial məsafə gözləməlidir. İnsanlar artıq küçələrə çıxacaq, sərbəst gəzəcək, ora-bura gedəcək. Belə bir vəziyyətdə deyilən şərtlərə əməl eləmək lazımdır".

Adil Qeybulla bildirib ki, avqust ayının 5-dən sonra müəyyən yumşalma gözlənilir:

"Əgər bundan sonra insanlar karantin qaydalarına riayət etməsələr, vəziyyət ciddiləşə bilər. Ona görə bu, mütləq nəzərə alınmalıdır".

Qeyd edək ki, Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bayramla bağlı xüsusi tədbir planı hazırlandığını bildirib.
Geri qayıt