"İrşad Electronics"-dən onlayn sifariş və ya səbrin yolu...- ŞİKAYƏT /FOTO

"İrşad Electronics"-dən onlayn sifariş və ya səbrin yolu...- ŞİKAYƏT /FOTO "İrşad Electronics"-dən şikayətlər dayanmadan çoxalır. Vətəndaş Cavid Hüseyn "İrşad Electronics"-dən şikayətlənərək yazır, yoldaşlar, son zamanlar qrupda ciddi şəkildə iki sektordan (ən azından mənim qarşıma çıxanlara istinad edirəm) şikayətlər yer alır. Biri kargo şirkətləridir, digəri elektronika mağazalarıdır. Biri çatdıra bilmir, digəri işi düzgün təşkil edə bilmir. Biri Türkiyədə can çəkişir, digəri Azərbaycanda. Ümumiyyətlə, bu iki sahənin onlayn xidmətində ciddi problemlər var. Yalandan "gəlin, boykot edək" deməklə olmur, Ya özləri, ya da biz alternativlər təklif etməliyik. Təhqirsiz filan..

Bizdə nə Avropadakı kimi, nədə Amerikadakı kimi ciddi onlayn sifariş mədəniyyəti formalaşmayıb ki, deyəsən ki, bunlar sifarişlərin qarşısında tab gətirmirlər. Qardaş, altı-üstü gənc nəsil biraz həvəsə gəlib onlayn nəsə sifariş edir, odakı boğaza yığmısınız. Halbuki, dünyanın bir çox brendləri, mağaza şəbəkələri pandemiya ərəfəsində satış siyasətlərində ciddi dəyişikliklər ediblər. Onlayn satışı prioritet biliblər və buna uyğun operativ mexanizmlər qururlar. Di gəl ki, qrupda bu qədər tənqid olunurlar amma heç bir irəliləyis yoxdur. Çarəsizlikdən az qala özümüz evdə paltar tikək, elektronika məhsulları kəşf edək ki, təki bunlardan işimiz keçməsin. Sosial problemdə deyil ki, dövlət qurumlarına yazaq, koroğlu körpüsünə qalxaq, yolu bağlayaq.))

Uzun sözün qısası, şikayətim " İrşad Electronics " - dəndir. Bilirəm, heç birinizə qəribə gəlmədi. Heç İrşadın özünədə. 4 gündürki telefon və elektron tərəzi sifariş etmişəm. Sifarişlər əslində bir gün sonra, saat 15:00-a qədər çatdırılır. İki gün sonra zəng etdim. Operatorları bildirdi ki, səbrli olum özləri zəng edəcəklər və sözümü bitirməmiş dəstəyi yerə qoydu. Nəysə. Sonra başqa adam zəng elədi ki, "çatdırıblar ya yox?" cavabı eşidəndən sonra o da dedi ki, "səbrli olun". Heç məscidlərin axundları adamı bu qədər səbrə dəvət etməyib, vallah.
Xülasə, bugün zəng etdim, bildirdilər ki, tərəziyə görə gecikib, bugün təhvil veriləcək. İnanın, bütün zənglərimdə də operatorların "səbrli olun" çağırışını rəhbər tutaraq mədəni və sakit danışmışam. )
İndi də gəliblər ki, anbarda telefonu qoymağı unudublar, təkcə tərəzidir. Mən hər şeyə anlayış göstərən bir insanam və bilirəm ki, insan faktoru varsa mütləq səhvlikdə ola bilər. Başa düşürəm ki, sifarişlər çoxdur. Amma..

1. Qardaş, işi düzgün koordinasiya edə bilmirsinizsə sifarişləri limitlə qəbul edin. Çatdırılma və rəsmiləşdirmə işlərini göz önündə tutaraq müəyyən yerdən sonra onlayn sifariş verən müştərinin brauzerində "onlayn sifarişlər çox olduğu üçün gecikmə ola bilər. Bununla razılaşırsınızsa sifarişə davam edin" kimi (məsələn) bir məlumatı görünsün. Belə olanda da müştəri özü gedişata uyğun qərar versin.

2. Gecikdirmə ehtimalı olduğu təqdirdə müştəriyə mesaj və ya zənglə vəziyyəti, gecikmə olacağını bildirin, necəki ödənişə bir gün qalmış mesaj yazırsınız. O da oturub sizi evində gözləməsin. İşlərini görsün. Uşağı evə gec gələn valideyn kimi gözü qapıda qalmasın.

3. Mən dörd gündür plan qura bilmirəm ki, birdən gələrlər evdən uzaqda olaram ya nəsə. Məcbur məhsuluda sifarişçi qəbul etmlidir. Yaxşı, zaman itkisinə görə, keçirilən əsəbə görə "İrşad Electronics" müştəriyə üzrxahlıq edirmi? Yox..Bu dörd gündə görməmişəm.

4. Satışın düzgün təşkil edilməsi üçün çatdırılma şöbəsi, marketinq departamenti, satış departamenti, anbara nəzarət şöbəsi (əgər varsa) birgə müştərək xidmət göstərməlidir. Qeyri-peşəkar xidmətə görə adları çəkilən hər bir şöbə məsuliyyət daşımaqdadır.Dörd şöbə bir araya gəlib cari dövrdə normal xidmət göstərə bilməzmi? Məncə çətin deyil. Bildiyim qədəri İrşadın bu mövzuda kifayət qədər işçi və maddi resursları da mövcuddur. Sadəcə qeyd etdiyim kimi, düzgün koordinasiya və iş bölgüsü lazımdır.

5. Krediti həmin gündən rəsmiləşdirirsiniz amma məhsulu 5 gün sonra təhvil verirsiniz. Bu nə dərəcədə doğrudur.?

Vaxtınızı aldığım üçün üzr istəyirəm. "İrşad Electronics", sizdən yox, qrupdakılardan.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
"İrşad Electronics"-dən onlayn sifariş və ya səbrin yolu...- ŞİKAYƏT /FOTO
Geri qayıt