“Caspian Vista” MTK-nın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir

“Caspian Vista” MTK-nın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir Bəzilərimiz fərqinə varmadan, bəzilərimiz isə hər anın, hər dəqiqənin qədrini bilərək. Şərəflə, ləyaqətlə, üzərinə düşən vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək! Bəşəriyyətin ən ali varlığı olan insan çox şeyə qadirdir. Çoxumuz potensialımızı dəyərləndirib ondan istifadə etməyi bacarmadığımız halda, çox az insan var ki, Tanrının bəxş etdiyi idrak və istedaddan yetərincə bəhrələnir. Bir ömür boyu yaşam tərzi, səmərəli, dəyərli fəaliyyəti ilə örnək nümunəsi olur. Üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələrək adını insanlığın ən uca zirvəsinə yazdırır.
Yaranmışların ən alisi olan insan övladı çox şeyə qadirdir. Yetər ki, sonsuz istək və həvəs olsun. Yetər ki, qabiliyyət və əzmkarlıq olsun. O zaman xarüqələr ortaya çıxır, tanrının yaratdıqları bir də insan əli ilə daha əsrarəngiz olur. Bəşər cəmiyyəti yarandığı gündən insanlar müxtəlif peşə və sənətlə məşğul olub. Hər kəs istədiyi qədər, baçardıığı qədər öz sənətini, peşəsini yüksəltməyə çalıb. Sənətin yaxşısı, pisi olmaz deyiblər. Sənət əsl sənətkar əlində dəyərli olur. Bütün sənət və peşələr gözəldir. Bir sənət isə vardır ki, başqa sənətlərdən fərqlidir, xüsusidir. Haqqında danışacağım qəhrəmanım da məhs bu xüsusi, fərqli, müqəddəs sənətin sahibidir. Qurub – yaratmaq, abadlaşdırmaq onun amalı, həyat kredosudur “Caspian Vista” Mənzil Tikinti Kooperativinin rəhbəri tanınmış nüfuzlu iş adamı Şamil Heydərov!
Məlum olduğu kimi, respublikamızda həyata keçirilən tikinti-quruculuq, abadlıq, infrastrukturun yaxşılaşdırılması olduqca təqdirəlayiq və yüksək inkişafa köklənmiş bir dövlət proqramıdır.
Şamil müəllimin rəhbərlik etdiyi müəssisə də öz üzərinə bu şərəfli vəzifəni götürərək ölkəmizin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Ümumiyyətlə, Şamil müəllimin həyat və iş təcrübəsinə nəzər salıqda bu yaradıcı insanın amalının, məsləkinin ancaq qurub-yaratmaq, abadlaşdırmaq olduğunu görürük. Zəngin təcrübə, gözəl səriştə, əsl peşəkarlıq, yüksək məsuliyyət hissi onu səciyyələndirən xüsusiyyətlərdir. O illərdir ki , bu sahəyə öz bacarıq və səriştəsini qoyaraq yüksək keyfiyyətli, müasir standartlara cavab verən obyetlərin, yaşayış binalarının tikilməsinə, insanlara xidmət etməsinə çalışır. Tikinti sektorunda əhəmiyyətli yerlərdən birini tutan “Caspian Vista” Mənzil Tikinti Kooperatividir.
Şirkətin uğurlu fəaliyyətinin əsasını istənilən sahədə müəyyən olunmuş yüksək standartlara dəqiq uyğunluq təşkil edir. Bu siyasət maddi-texniki təchizat, layihə-konstruktor işləri, tikinti, şirkətin texniki xidmətləri tərəfindən obyektlərə nəzarət və onların keyfiyyətinin yoxlanılması hesabına uğurla inkişaf edir. Yerinə yetirilən işlərin yüksək keyfiyyəti, dünya inşaat texnikasının ən yaxşı nümunələri, tikinti sahəsində ən son nailiyyətlər, ixtisaslı çoxprofilli personal – “Caspian Vista"-nın uğurları məhz bu amillər sayəsində təmin olunur. Peşəkar personalı olan korporasiyanın bütün strukturları qarşıya qoyulan vəzfələrin öhdəsindən ləyaqətlə gələrək MTK-nın ümumi iş göstəricilərinin yüksəlməsinə öz tövhələrini verirlər. Təsadüfi deyil ki, “Caspian Vista”-nın bu fəaliyyəti istər dövlətimiz, istərsə də ictimaiyyət tərəfindən hər zaman kifayət qədər yüksək qiymətləndirilir. Bu arada bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün “Caspian Vista” MTK-nın inşaat sektorunda sahib olduğu mövqeyə yüksəlməsində bilavasitə korporasiyanın rəhbəri Şamil Heydərovun həm təcrübəli idarəçi, həm də peşəkar kimi xüsusi xidmətləri, böyük rolu vardır.
Bu şəxs uzun müddətdir ki, Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır. «Bu gün tikinti işləri ilə əlaqədar “Caspian Vista” MTK əsas yer tutur. Şamil Heydərovun rəhbərlik etdiyi şirkət müxtəlif layihələrdə iştirak edir. Və bununla bağlı görülən işlərdə “Caspian Vista” MTK həmişə layiqli işlər görərək qalib gəlir. Fəaliyyətdə olduğu sektorlar Tikinti, Təmir və Təkmilləşdirilmə, Binaların yenidən qurulması və təmiri, Xüsusi tikinti avadanlıqları, Tikinti alətləri avadanlıqları və tikinti texnikası, Tikinti layihələri və s.
Azərbaycan bazarında çoxillik təcrübəsini tətbiq etməklə və mülkü və sənaye obyektlərin tikintisi sahəsində aparıcı şirkətlərdən biri olaraq, “Caspian Vista” MTK işlərin yerinə yetirilməsində istehlakçıların ən yüksək tələblərinə cavab verən daimi keyfiyyətə zəmanət verir və aşağıdakı tapşırıqları yerinə yetirməklə, keyfiyyət sahəsində siyasət aparmağı öz öhdəsinə götürür:
- Şirkətin yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi və tətbiq olunması.
- İşlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsi.
“Caspian Vista” MTK Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkənin iqtisadi inkişaf yolu ilə irəliləməsinə kömək etmək üçün əlindən gələni edir.
Xüsusilə qeyd edək ki, "Caspian Vista" MTK, 2017-ci ildən etibarən 4 girişli 18 mərtəbəli binaların tikintisinə başlamışdır.
21 iyul 2020-ci il tarixdə "Caspian Vista" MTK-nın tikdiyi binadan 62 tam təmirli mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satın alınmış, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələrinə təqdim olunmuşdur. Evlərin Qarabağ Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə təqdim olunması mərasimində ölkə başçısı cənab İlham Əliyev həmçinin birinci vitse prezident xanım Mehriban Əliyeva iştirak etmişdir.
“Caspian Vista” MTK-nın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir







Geri qayıt