Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldı

Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldı Ədliyyə Nazirliyi Şamaxı rayonunun Şamaxı və Birinci Çaylı bələdiyyələrinin sədrləri barəsində inzibati protokol tərtib edib.
İnzibati Xəttalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə tərtib edilən protokollara Şamaxı Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilir.
Qeyd edək ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir.
Geri qayıt