Bakıda qadına sosial şəbəkədə mesaj yazan polis işdən çıxarıldı

Bakıda qadına sosial şəbəkədə mesaj yazan polis işdən çıxarıldı Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı - Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb.

Pravda.az-ın xəbərinə görə, araşdırma nəticəsində Z.Abbasov Daxili İşlər orqanlarından xaric edilib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona “messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı.
Geri qayıt