Naxçıvanda yenə karantin qaydaları pozuldu - Bu dəfə Ali Məclisdə - qanunverici orqanda - FOTO

Naxçıvanda yenə karantin qaydaları pozuldu - Bu dəfə Ali Məclisdə - qanunverici orqanda - FOTO Bu gün keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında karantin qaydaları pozulub.

Pravda.az-ın xəbərinə görə, Vasif Talıbovun sədrlik etdiyi sessiyada 70 nəfərə yaxın şəxs iştirak etsə də, onların heç biri tibbi maskadan istifadə etməyib.

Operativ Qərargahın 2 iyul qərarına əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Azərbaycan Prezidenti İlham Əliyev tibbi maska taxılmasının zəruriliyini bir neçə dəfə vurğulayıb, xəbərdarlıq edib.

Dövlət başçısı iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı deyib: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik".

Qeyd: Sessiyada Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış ediblər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Naxçıvanda yenə karantin qaydaları pozuldu - Bu dəfə Ali Məclisdə - qanunverici orqanda - FOTO
Geri qayıt