Lisenziyası ləğv olunan şirkətdən əcaib açıqlama - GİLEY

Lisenziyası ləğv olunan şirkətdən əcaib açıqlama - GİLEY Bakı sakini Nailə Əliyeva üzləşdiyi əcaib bir problemlə bağlı sosial şəbəkədə narahatçılığını paylaşıb. DİA.AZ narazı vətəndaşın yazdıqlarını təqdim edir:

"Şikayətim "Standard" sığorta şirkətindəndir. Deməli, iyul ayının 17-də Topçubaşov küçəsində maşınla qəza olub. Qəza yaradan şəxsin sığortası "Standard Sığorta" olduğundan onlara müraciət olundu. Hadisə yerinə gəldilər və maşının şəklini çəkib getdilər.

Amma indi deyirlər ki, biz artıq fəaliyyət göstərmirik və hal-hazırda heç bir məbləğ ödəyə bilməyəcəyik: "Gələcəkdə lisenziya alsaq, onda 1-2 ilə siyanınızı qarşılayarıq".

Çarəsiz durumda qalmışıq və sığorta şirkətinin müştəriyə belə cavab verməsi nə dərəcədə düzgündür?"

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də fikrini öyrənməyə çalışacağıq.
Lisenziyası ləğv olunan şirkətdən əcaib açıqlama - GİLEY
Geri qayıt