Azərbaycanda polkovnik-leytenant koronavirusdan öldü

Azərbaycanda polkovnik-leytenant koronavirusdan öldü Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb.

DİN Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Geri qayıt