Müdafiə Nazirliyindən qan ehtiyatı ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.
Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O deyib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.