"Fizza.az" Kargo şirkəti vətəndaşlara problem yaradır - GİLEY

"Fizza.az" Kargo şirkəti vətəndaşlara problem yaradır - GİLEY Koronavirus pandemiyası səbəbindən daha çox internet üzərindən alış-veriş edib karqo şirkətlərinə müraciət etmək məcburiyyətində qalan müştərilərin məsuliyyətsiz qurumlarla üz-üzə qaldıqda hansı problemləri yaşadıqlarını anlamaq çətin deyil. Son günlər barəsində ən çox şikayət olunan qurumlardan biri də "Fizza.az" karqo şirkətidir.

DİA.AZ bildirir ki, bununla bağlı "Müştəriyəm Şikayətim Var" sosial qrupunda daha bir paylaşım edilib. Narazı vətəndaş Qaratel Hüseyn adlı istifadəçi yazır:

"Şikayətim Fizza.az kargo şirkətindəndir, ayin 4-dən yazıram amma cavab vermirlər. Bəyannamələri əlavə eləmişəm amma gah silib gah yenidən özləri yazırlar. Mesaj gəldi 10-u iyul tarixində məhsulunuz Bakıya yola çıxıb deyə.

Lakin o zamandan yola çıxan məhsulların bəyannamələri sistemdə silinib. Mesaj yazıram müştəri xidmətləri online olur, cavab vermirlər. Mən anlamıram əgər bu müştəri xidmətləri varsa, mən niyə əziyyət çəkib kontur vurub zeng eləməliyəm? Bir gün gecikər, uzağı 2 gün. Ayın 4-dən cavab vermirlər".

Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Fizza.az" Kargo şirkəti vətəndaşlara problem yaradır - GİLEY
Geri qayıt