"Azəriqaz”ın rəhbər şəxsləri iş adamının fəaliyyətinə müdaxilə etməkdə İTTİHAM OLUNUR

"Azəriqaz”ın rəhbər şəxsləri iş adamının fəaliyyətinə müdaxilə etməkdə İTTİHAM OLUNUR "Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri Bakıda sahibkarın fəaliyyətinə müdaxilə etməkdə ittiham edilir.

Bu barədə paytaxtın Xətai rayonunda fəaliyyət göstərən “Mehmanxana-Şərq” açıq səhmdar cəmiyyətinin Bakı Kommersiya Məhkəməsinə ünvanladığı iddia ərizəsində qeyd olunub.

“Mehmanxana-Şərq” açıq səhmdar cəmiyyəti məhkəməyə müraciət edərək, “Nur” İstehsalat Kommersiya məhdud məsuliyyətli cəmiyyətinə, “M-R GROUP COMPANY” məhdud məsuliyyətli cəmiyyətinə və “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia qaldırıb.

İddiaçı cavabdehlərə qarşı Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyətinə əsassız müdaxilənin aradan qaldırılması və yeni abonent kodunun verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

İddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev baxıb.

Məhkəmə qeyd edib ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilib.

İddia ərizəsinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmayıb.

Belə ki, cavabdeh qismində üç şəxs olduğu halda, iddia ərizəsinin cavabdehə çatdırılmasına dair sübut kimi 2 sənəd əlavə olunub.

Həmin sənədlərdə isə iddia ərizəsini qəbul etmiş şəxslərin kim olması və hansı cavabdehi təmsil etməsi müəyyən olunmur.

Buna görə də məhkəmə hesab edib ki, həmin sənədlər iddia ərizəsinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Bu səbəbdən iddia ərizəsinə baxılmadan geri qaytarılıb. //Demokrat.az//
Geri qayıt