Nərimanov RİH reydlər keçirdi

Nərimanov RİH reydlər keçirdi Respublikada elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Nərimanov rayonunda yaradılmış mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin əməkdaşlarının, fəal gənclər və könüllülərin də daxil olduğu mobil qrupların üzvləri tərəfindən növbəti reydlər keçirilmiş, fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyekt aşkarlanmış və rəhbərlərinə ciddi xəbərdarlıqlar edilmişdir. Rayonun müxtəlif ərazilərində, küçə və prospektlərdə, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət və ictimai iaşə obyektlərində və digər yerlərdə keçirilən reydlər zamanı vətəndaşlarla söhbətlər aparılmış, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunmuş, sərtləşdirilmiş xüsusi karantin dövründə ehtiyac olmadıqda evdən çıxmamaları, çıxdıqları halda isə mütləq şəkildə tibbi maskadan istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olunmuş, koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər, maska paylanılmışdır. Həmçinin, reydlər zamanı tibbi maskadan istifadə etməyən, əhalinin sıx toplaşdığı yerlərdə sosial məsafə saxlamayan, yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar barədə qanunamüvafiq qaydada tədbirlər görülmüşdür. Qeyd edək ki, 02 iyul tarixdən etibarən rayon ərazisində fəaliyyətinə icazə verilən 1000-ə yaxın ticarət və ictimai-iaşə obyektində reydlər keçirilmişdir. O cümlədən, xəbərdarlıq edilmiş obyekt daha ciddi nəzarətdə saxlanılıraq nöqsanın aradan qaldırıldığını yoxlamaq məqsədilə gün ərzində təkrar yoxlanılır.

Mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcəkdir.
Nərimanov RİH reydlər keçirdi


Geri qayıt