Koronavirusa yoluxmuş sabiq deputatı Türkiyəyə apardılar - SON DƏQİQƏ

Koronavirusa yoluxmuş sabiq deputatı Türkiyəyə apardılar - SON DƏQİQƏ "Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”.

Bu fikirləri sabiq deputat Mirzəcan Xəlilov deyib.

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

"Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.
Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.
Geri qayıt