"Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY

Paytaxtın bir neçə yerində vətəndaşlara xidmət göstərən “Optimal Electronics” Mağazalar Şəbəkəsinin fəaliyyəti müştəriləri qane etmir. Belə ki, orada satılan məhsulların keyfiyyəti istehlakçıları razı salmır. Verilən məlumata görə, vətəndaşların kreditlə aldıqları məhsulların əksəriyyəti evə aparandan sonra xarab çıxır. Bu hal bir neçə müştərinin başına gəlib.
Belə olan zaman sözügedən mağazalarla müştəri arasında problemlər yaşanır. Belə ki, mağaza defekt malı dəyişmək istəmir. Təmir edərək müştəriyə qaytarmaq istəyir. Bu isə qanunsuz hesab olunur. Çünki malın defekt olduğu alınan günü ortalığa çıxıbsa, rəhbərlik məhsulu dəyişməlidir. Təəssüf ki, bir sıra işbazlar bundan boyun qaçırmağa çalışırlar. Lakin istehlakçı hüquqlarını yaxşı bilənlər haqlarını tələb edə bilirlər. Hüquqlarından bixəbər olanlar isə bundan yararlana bilmirlər. Bundan başqa bizə verilən məlumata görə, “Optimal Electronics” Mağazalar Şəbəkəsində kredit şöbəsində vətəndaşlar incidilir. Belə ki, müştəri bir gün ödənişi gecikdirən kimi vətəndaşdan artıq pul alınır.
Müştəriyə məhsul barədə ətraflı məlumat verilmir. Müştərilərə qarşı saymazyana münasibət sərgiləyirlər.
Sosial şəbəkələrdə də bu cür şikayətlər tez-tez öz əksini tapır, onlardan bir- neçəsini olduğu kimi təqdim edirik…


