Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi 37 yaşlı stomatoloq Tərlan Hüseynli COVID-19 infeksiyasından vəfat edib...
Bu barədə məlumatı onun yaxınları sosial şəbəkədə paylaşıblar.

Məlumata görə, diş həkimi Tərlan Hüseynli qızdırma və təngnəfəslik səbəbi ilə yerləşdirildiyi xəstəxanada həyata gözlərini yumub.

Onun həyat yoldaşı və iki övladının da koronavirusa yoluxduğu bildirilir.
Geri qayıt