"KORONA'Virusla" Döyüşən Həkim SƏRKƏRDƏLƏR...

"KORONA'Virusla" Döyüşən Həkim SƏRKƏRDƏLƏR... "KORONA'Virusla" Döyüşən Həkim SƏRKƏRDƏLƏR... Dr. Cavanşir Məhərrəmovdan tövsiyə... Əziz HƏMVƏTƏNLƏRİM! ATU-nun Tədris Terapevtik Klinikası dövlətimizin, prezidentimizin, TƏBİB - in rəhbərliyi ilə: 21 Mart 2020 tarixindən başlayan, bu gün də davam edən yeni növ COVİD 19 virusu ilə mübarizəmizin sizlər üçün fasiləsiz, davamlı, yorulmadan olduğunu unutmayaq! Vəziyyət artıq çox ciddidir, daha da ağırlaşmaması üçün, ölüm hallarının artmaması üçün, hər bir ailənin itki verdiyi bir halı yaşamamaq üçün ilk başdan etməli olduğumuz qorunma tədbirlərini həyata keçirmək artıq mütləqdir... Vəziyyət artıq belə davam edərsə çalışacaq personal təəsüflər olsun ki tükənəcək... Bu tükənmə ya yoluxma ilə baş verir, ya da yaxın qohumları ilə 4 aydır görüşməyən dəyərli həkimlərimizin yaxın ailə üzvlərini itirməklə... Bunu nəzərə alın ki biz həkim olsaq da biz də bu cəmiyyətin nümayəndələriyik, ilk başdan etibarən sizdən tələb etdiyimiz #EVDƏQAL çağırışlarımıza sizlərlə bərabər bizim ailə üzvlərimiz də əməl etmədiyi üçün biz həm xəstələr üçün, həm də ailə üzvlərimiz üçün çalışır və əziyyət çəkirik... Ən ağırı isə burasındadır ki, 4 aydır yüzlərlə xəstəni müalicə edib evə göndərdiyimiz vəziyyətə baxmayaraq hazırda klinikamızda fasiləsiz çalışan həkimlərdən bir neçəsinin yaxın ailə üzvü ağır vəziyyətdə müalicə almaqdadır... Onları itirmək var gücü ilə çalışan kollektivimizin nümayəndələrinin gücünün tükənməyi deməkdir... İllərlə çiyin çiyinə çalışdığımız iş yoldaşlarımızdan aldığımız zənglər, ailə üzvləri üçün olan yalvarışlarını eşitmək, gözyaşlarını görmək bizi qanadı qırılmış quş tək gücdən salmağı bacarır... Düşünəndə ki o insan və ailəsi üçün heç bir şey edə bilmirsən... Sizlər bizi Qəbul etməsəniz də, sevməsəniz də, Əmin olun ki, BİZ Sizi çox Sevirik!!! HƏKİM kimi sizlərə xidmət etməkdən Qürur və Zövq Duyuruq... Sizin üçün #BURDAYIQ!!!
Klinikamızın direktoru SURXAY MUSAYEVin öndərliyi ilə, var gücü ilə çalışan heyətimiz:

Direktor: SURXAY Musayev


Direktor müavini: SAMİR Allahverdiyev


Baş həkim: FƏRİDƏ Hacıyeva


Qəbul və TTY şöbəsinin müdiri: CAVANŞİR Məhərrəmov


Reanimasiya şöbəsinin müdiri: EMİL Qasımov


Radiologiya şöbəsinin müdiri: AYDIN Aliyev


Labaratoriya şöbəsinin müdiri: İSKENDER Karaltı


Reanimatoloq: BAYRAM Nuriyev


Pulmonoloq: GÜNEL Sadıqova


Pulmonoloq: ŞƏRƏF Hüseynova


Endokrinoloq: KÖNÜL İsmayılova


Endokrinoloq: AYAN Məmmədova


İnfeksionist: AYGÜL Əliyevə


Pediatr: ZƏRİFƏ Məmmədova


Kadrlar şöbəsi: SƏBİNƏ Rəsullu


Baş tibb bacısı: ÜLKƏR Şükürova
"KORONA'Virusla" Döyüşən Həkim SƏRKƏRDƏLƏR...














Geri qayıt