"30 min verib qızımın meyitini xəstəxanadan təhvil aldım”

"30 min verib qızımın meyitini xəstəxanadan təhvil aldım” Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi "Bona Dea Beynəlxalq Hospitalı"nda ağciyər çatışmazlığından vəfat edib.

Pravda.az-ın məlumatına görə, ötən gün vəfat edən 22 yaşlı qızın meyiti doğmalarına təhvil verilməmişdi.

Məsələ ilə bağlı sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, qızının meyiti xəstəxanaya borcları olduğu üçün ailəsinə təhvil verilməyib.

Onun bu müraciətindən sonra gənc qızın meyiti ailə üzvlərinə verilib. Qadın 30 min ödədikdən sonra övladının meyitinn təhvil aldığını bildirib.
Geri qayıt