"Araz market” dən vətəndaşlara daha bir dələduzluq-FOTO

"Araz market” dən vətəndaşlara daha bir dələduzluq-FOTO Araz market mütəmadi olaraq təskil etdiyi kampaniyalardan birinə də yay sezonunun başlaması ilə start verib. “Dondurma festivalı” kampaniyası 24 iyun -04 iyul tarixlərini əhatə edəcək.
Kampaniyanın ilk günündə (25.06.2020) Araz marketin 9-cu mk/rn-da yerləşən filialına yaxınlaşan şəhər sakini 12 AZN bəbləğində dondurma alıb. Lakin evə gəldikdə anlayib ki, dondurmalar ona kampaniya qiymətinə yox, əvvəlki qiymətlərlə satılıb. Vətəndaş bu tədqirdə 3 AZN itirmiş olduğunu anlayıb və ona təqdim olunan qəbzlərlə birlikdə yenidən marketə yaxınlaşıb.Əsl şou isə marketdə baslayib. Belə ki, özünü Aygün kimi təqdim edən inzibatçı(adminstrator) xanim vətəndaşdan üzr istəyərək məsələyə aydınliq gətirmək əvəzinə onu borclu çıxarıb, hətda cəmi 3 AZN puldan ötrü ucuzluq etdiyini, onu narahat etdiklərini bildirib. Çox maraqlıdır-əgər öz haqlarını tələb edən vətəndaş bu marketə çox yox, cəmi 2 qəpik pul borclu qalsa ona ərzaq verərlərmi?
Məsələni diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /AzTimes.az/
"Araz market” dən vətəndaşlara daha bir dələduzluq-FOTO


Geri qayıt