İcra başçısından sonra həyat yoldaşı və müavinində də koronavirus AŞKARLANDI

Unikal.org-un əldə etdiyi məlumata görə, C.Həsənov koronavirus (COVİD-19) infeksiyasına yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Goranboy İcra Hakimiyyəti karantinə alınıb.
Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.