Bu gün 508 nəfər yoluxub, 6 nəfər vəfat edib

Bu gün 508 nəfər yoluxub, 6 nəfər vəfat edib Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb...
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6464 koronavirus testi aparılıb.
Geri qayıt