Nazir onunla eyni vaxtda general rütbəsi alan məmuru sərəncama götürdü

Nazir onunla eyni vaxtda general rütbəsi alan məmuru sərəncama götürdü Nazir Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sabiq rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) Xəqani Qara oğlu İsgəndərovu sərəncama göndərib.

“MediaPost”un əldə etdiyi məlumata görə, bu qərar Xəqani İsgəndərovun öz istəyi ilə verilib.
Xatırladaq ki, 11 fevral 2019-cu il tarixində Prezident İlham Əliyev sərəncamı ilə, Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri (general-leytenant) xüsusi rütbəsi, Xəqani İsgəndərov 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) xüsusi rütbəsi verilib.
Nazir onunla eyni vaxtda general rütbəsi alan məmuru sərəncama götürdü
Geri qayıt