Bakıda hamilə qadın koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

Bakıda hamilə qadın koronavirusa yoluxdu - Vəziyyəti ağırdır Bakıda hamilə qadın koronavirusa yoluxub.

Baku.ws-ə istinadən xəbər veririk ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, hamiləliyinin altıncı ayında olan qadının bətnindəki körpə götürülərək, küvəzə yerləşdirilib. Ananın vəziyyətinin ağır olduğu bildirilir.

Həkimlər körpənin həyatı uğrunda mübarizə aparırlar.
Geri qayıt