"Ledi Qaqaya 3,4 milyon qonorar verən hakimiyyət vətəndaşına 190 manatı nədən qıymır?”

"Ledi Qaqaya 3,4 milyon qonorar verən hakimiyyət vətəndaşına 190 manatı nədən qıymır?” Yoxsulların üsyanını isə heç vaxt arzulamıram...
“Ledi Qaqaya 3,4 milyon manat (2 milyon dollar), Elton Cona 3,8 milyon manat ( 2 milyon avro), Şakirəyə 1,55 milyon manat (800 min avro) qonorar verən səxavətli hakimiyyət vətəndaşına 190 manatı nədən qıymır? Cəmiyyətdə işsizliyin və yoxsulluğun artması, təbəqələşmənin dərinləşməsi, korrupsiyanın, rüşvətin və polis zorakılığının doğurduğu gərginlik üsyanlar və inqilabi dəyişikliklər üçün münbit zəmin yaradır”.

Bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Əgər hökümət özü bilərəkdən rüşvət və korrupsiyanı inkişaf etdirirsə, polis zorakılığınına haqq qazandırırsa, onda heç olmazsa işsizliyin, yoxsulluğun kütləviləşməsinə imkan verməməli və təbəqələşməni kəskinləşdirməməlidir. Çünki bu səbəblərdən yaşam şərtlərinin ağırlaşması yoxsul əhaliyə həyatda qalmaq üçün başqa alternativ tanıtmır. Yoxsulların üsyanını isə heç vaxt arzulamıram. Odur ki, xalqın sərvəti ilə formalaşan büdcədən Avropa oyunların açılış mərasimində Ledi Qaqanın çıxışına 3,4 milyon manat (2 milyon dollar), Elton Cona Tofiq Bəhramov adına stadionda konsertinə 3,8 milyon manat ( 2 milyon avro), Şakirəyə 1,55 milyon manat (800 min avro) qonorar ödəyən hakimiyyəti bir daha işsiz və yoxsul olan hər kəsə 190 manat birdəfəlik yardım etməyə çağırıram” – Q.İbadoğlu qeyd edib.(pravda.az)
Geri qayıt