14 gün bu yerlər İŞLƏMƏYƏCƏK

Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılacaq:
1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
1.1.3. muzey və sərgi zallarının fəaliyyəti;
1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və
ya digər məkanda xidmət);
1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
1.1.6. açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.