Vilayət Eyvazov Mirqafar Seyidovu VƏZİFƏSİNDƏN AZAD ETDİ

Vilayət Eyvazov Mirqafar Seyidovu VƏZİFƏSİNDƏN AZAD ETDİ Daxili İşlər Nazirliyində kadr islahatları aparılıb.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovu tutduğu vəzifədən azad edib. M. Seyidov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, M. Seyidov 2014-cü ildən Bakı şəhər Baş Polis İdarəsinin rəisi idi.

//Unikal.org//
Geri qayıt