Azərbaycanda karantini pozan vəzifəli şəxsə töhmət verildi

Azərbaycanda karantini pozan vəzifəli şəxsə töhmət verildi Azərbaycanda karantin qaydalarını pozan məktəb direktoru töhmət alıb.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc Əhməd qızının rəhbərliyi ilə 12 iyun 2020-ci ildə, saat 10:00 radələrində məktəbin 150 yerlik akt zalında şagirdlərin biliyinin qiymətləndirilməsi və sinif jurnallarının yazılmasının yekunu barədə Pedaqoji Şura iclası keçirilib:
“İclasda 25 nəfər iştirak edib. Məktəbin direktoru Sevinc Səmədova və direktor müavinləri izahat verərək, qeyd olunanları təsdiq ediblər. İzahatlarında göstəriblər ki, kənd ərazisində internet şəbəkəsi yaxşı işləmədiyindən iclasın onlayn keçirilməsi mümkün olmadığı üçün bilməyərəkdən bu səhvə yol veriblər”.
Geri qayıt