"19 gündür ki, yatılı vəziyyətdəyəm, sol ayağımı yerə basa bilmirəm"

"19 gündür ki, yatılı vəziyyətdəyəm, sol ayağımı yerə basa bilmirəm" Həkimim ilk gündən ayağımın sağlam, yeriyə biləcəyimə ümid verdi. 19 gündür ki, yatılı vəziyyətdəyəm, sol ayağımı yerə basa bilmirəm".

Bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb.

Sənətçi ayağındakı problemin hələ də sağalmadığını bildirib: "Dünyada qızıl yel qədər mədəniyyətsiz xəstəlik yoxdur. Bunun 19 gündür mənə yaşatdığını bir mən, göydəki Allah, bir də yanımda qayğımı çəkənlər bilir. Allah hamımızdan razı olsun. Həkimim sayəsində inşallah ayağa qalxacam".
Geri qayıt