Azərbaycanda bu nazirliyin əməkdaşlarında koronavirus aşkarlandı

Azərbaycanda bu nazirliyin əməkdaşlarında koronavirus aşkarlandı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, adıçəkilən nazirliyin 3 əməkdaşının testi pozitiv çıxıb. Onlar sosial izolyasiya şəraitində müalicələrini davam etdirirlər.

Xəbəri Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.
Geri qayıt