Məktəbli formalarının tikilişi dayandırıldı — RƏSMİ

Məktəbli formalarının tikilişi dayandırıldı — RƏSMİ Bakı Tikiş Evi (BTE) məktəbli formalarının tikilməsini dayandırıb.

Bu barədə BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində pandemiya ilə əlaqədar tədris müəssisələrinin bağlanması səbəbindən 2020-2021-ci tədris ili üçün məktəbli formalarının tikilməsi dayandırılıb:
“Təhsil müəssisələrinin nə zaman fəaliyyətə başlayacağı bəlli deyil. Buna baxmayaraq, kifayət qədər hazır məktəbli formamız var. Eyni zamanda, zəruri həcmdə material və ləvazimat ehtiyatımız movcuddur. Ehtiyac yaranarsa, məktəbli formalarının tikilməsi bərpa oluna bilər”.
Geri qayıt