MİD-nin direktoru Səbuhi Əhmədov kimləri qəbul edir görəsən?

MİD-nin direktoru Səbuhi Əhmədov kimləri qəbul edir görəsən? Hər zaman demişəm və bu gündə deyirəm ki,Azərbaycan xalqını nə aclıq,nə susuzluq nədə ki virus öldürəcək. Öldürsə-öldürsə yalnız harınlamış məmurların özbaşınalıqları və yalanları öldürəcək. Bu gün təsadüfən 20 Yanvar ərazisində həmkar yoldaşlardan biri ilə rastlaşdım. Bir qədər söhbət etdikdən sonra hara getdiyini soruşdum. Bildirdi ki,"Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində,Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun yanına gedirəm." Mənə təklif etdi ki,gəl yol yoldaşı olaraq birlikdə komitəyə gedək və işimi həll edim,sonra oradan birbaşa işə gedərik.

Elə də oldu. Biz birlikdə komitəyə getdik,amma ora çatanda böyük insan kütləsinin etiraz etdiyinin şahidi olduq. Əlbətdə ki,çoxsaylı Çevik Polis alayı oraya cəlb edilmişdir. Nəhayət həmkar yoldaşım Səbuhi Əhmədova zəng vurduqda,ona tək gəlməsini bildirdi. Həmkar yoldaşım içəri girdikdən sonra mən kənarda dayanıb insanları müşahidə etdim. Həmin vaxt etirazçılar içində diqqətimi cəlb edən əlil arabasındakı 1-ci qrup əlil vətəndaş oldu. Onun tələbi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovla görüşmək idi.

Təəssüflər olsun ki,qapıda duran komitə işçiləri yalan danışaraq,Səbuhi Əhmədovun yerində olmadığını bildirdilər. Əlbətdə ki,1-ci qrup əlil isə onların yalanlarına inanmayaraq tələb edirdi ki, ya gəlib burada qəbul etsin ya da ki,buraxın gedim içəri. Çox çəkişmədən sonra əlil şəxsin yaxınları Səbuhi Əhmədovun iş yerinə zəng vurdular. Telefona cavab verən isə S.Əhmədov yox,onun katibəsi idi. Gözümün önündə yalan "ssenarinin"canlı şahidi idim. Halbuki,hər 5-ci gün Səbuhi Əhmədovun qəbul günləridir.

Buna baxmayaraq əlil,qoca,xəstə demədən hər birini aldadaraq,sərin kondisioner altında oturub öz işi ilə məşğul olmaqdadır. Yəqin xatırlayırsınız ki, bir neçə gün öncə həmin məkanda eyni vəziyyət baş vermişdir. O zaman komitə sədri cənab Rövşən Rzayev özü şəxsən bayıra çıxaraq bütün şikayətçilərin hər birini dinləyib suallarını cavablandırmışdır. Amma bu gün Səbuhi Əhmədovu tələb edənlər böyük zor gücünə məruz qaldılar. Görünür özünü komitə sədrindən yüksək hesab edən S.Əhmədov vətəndaşlar önünə çıxmağı özünə sığışdırmır.

İndi bildinizmi ki,insanları virus yox,Səbuhi Əhmədov kimi harınlamış məmurların özbaşına əməlləri və yalanları öldürəcək. Bu hələ harasıdır..!! Növbəti buraxlışımızda Səbuhi Əhmədovun tabeçiliyində olan "JEK" yəni mənzil istismar sahəsinin müdirləri tərəfindən həyata keçirilən "qara" işlər nəticəsində,əldə olunan pulların hansı məqsədlər üçün istifadə olunması və digər məsələlər barədə geniş məlumatları diqqətinizə çatdıracağıq.
/dogruxeber.az/
MİD-nin direktoru Səbuhi Əhmədov kimləri qəbul edir görəsən?
Geri qayıt