Dağıstanda qalan azərbaycanlı: Cənab Prezident, bizim taleyimizi nəzarətə götürün

Dağıstanda qalan azərbaycanlı: Cənab Prezident, bizim taleyimizi nəzarətə götürün 360 azərbaycanlı Dağıstan-Azərbaycan sərhəddindəki çadırlarda mücadilə edir”...
“Cənab Prezident! Hər dəfə eşidəndə ki, sərhəddən ölkəyə buraxılış var, gəlib çadırların böyründə ümidlə adımızın çəkiləcəyini gözləyirik. Hər dəfə adımız çəkilməyəndə məyus oluruq. Artıq ərzağımız da tükənib, pulumuz da... Elə gün olur, uşaqlara yedirtməyə yavan çörək də tapa bilmirik. Sizdən çox-çox xahiş edirik, biz Azərbaycan vətəndaşıyıq, sərhədin o üzündə ev-eşiyimiz, mal-qaramız, qohum-qonşumuz bizi gözləyir. Bizim taleyimizi nəzarətə götürün, şərait yaradın, ev-eşiyimizə qayıdaq”.

Ailəsiylə birlikdə Dağıstan-Azərbaycan sərhəddində qalan onlarla Azərbaycan vətəndaşlarından biri, Göyçay rayon sakini Azər Məmmədov Prezident İlham Əliyevə ünvanladığı müraciətində qeyd edir bunları...

“İstilər düşəndən çadırların ətrafında ilanlar qaynaşır”

Azər Məmmədov bir müddət əvvəl Azərbaycanda iş tapmadığı üçün ailəsini də götürüb, Dağıstana işləməyə gedib. Karantinlə əlaqədar ölkəyə qayıtmalı olanda yüzlərlə Azərbaycan vətəndaşı kimi o da ölkəyə keçə bilməyib. Yazır ki, Dağıstanda bir dostu ilə təsadüfi görüşü onu sərhəddəki çadır həyatından xilas edib. Ancaq qaldığı yer də susuz, şəraitsizdir, azyaşlı övladları həm şəraitsizlikdən, həm də aclıqdan əziyyət çəkir:

“Çadırlar doludur, ayaq basmağa yer yoxdur, əsl xəstəlik mənbəyi budur".

“Çadırlar doludur, ayaq basmağa yer yoxdur, əsl xəstəlik mənbəyi budur. Biz günlərlə çadırlarda yer axtardıq, tapmadıq, azyaşlı uşaqlarım açıq havada qaldı. Yaxşı ki, təsadüfən bir dostum vəziyyətimdən xəbər tutdu və bir kənddəki şəraitsiz otağını müvəqqəti bizə verdi.

Cənab prezident! İçərisində qocası, körpəsi, əlili, xəstəsi olan ümumilikdə 360 Azərbaycan vətəndaşı qızmar günəş altında çadırlarda susuzluqdan, aclıqdan əzab çəkir. İstilər düşəndən çadırların ətrafında ilanlarqaynaşır, hər bir azərbaycanlı ölümlə üz-üzə qalıb”.

“Ötən gecə baş verən hadisə insanlarda həyəcan yaradıb”

Azər Məmmədov yazır ki, ötən gecə OMON-çuların sərhəddə gözləyən azərbaycanlılara hücumu vəziyyəti daha da gərginləşdirib. İndi azərbaycanlılar hər an hücum, ölüm-itim həyəcanı ilə yaşayırlar:

"Bizim taleyimizi nəzarətə götürün, şərait yaradın, ev-eşiyimizə qayıdaq”.

“Cənab Prezident! Sizdən çox xahiş edirəm, tezliklə ölkəmizə qayıtmağımız üçün tapşırıq verin. Ümid edirik ki, bu çarəsiz günlərimizdə yanımızda olacaqsız və sağ-salamat ev-eşiyimizə qayıtmağımız üçün əlinizdən gələni edəcəksiz”.

Azərbaycan-Rusiya sərhədində aylardır gözləyən vətəndaşlar iyunun 15-dən 16-na keçən gecə OMON-un hücumuna məruz qalıb.

Məlumatı Meydan TV-yə sərhəddə olan Azərbaycan vətəndaşları verib.

Onların bilrdirdiyinə görə, 300-dən çox Azərbaycan vətəndaşı rəsmi Bakıya və Moskvadakı səfirliyə müraciət etsə də, ölkəyə buraxmırlar:

"Bizim taleyimizi nəzarətə götürün, şərait yaradın, ev-eşiyimizə qayıdaq”.

“Bizə hər dəfə təmkinli olub gözləməyi məsləhət görürlər. Halbuki, burada yaxınlarını itirənlər, ağır xəstəliklərdən əziyyət çəkənlər var. Əksəriyyətinin pulu da qurtarıb. Gecə gözlənilmədən bizə Rusiya OMON-u hücum etdi. Onlar qadına, qocaya, uşağa baxmadan çox qəddar davranırdılar. Eşitdiyimizə görə 2 nəfər ölüb”.

Mayın 18-də Dərbənddə ümumilikdə 900-ə yaxın Azərbaycan vətəndaşı var idi.

Mayın 18-də və 26-da quru sərhədindən Rusiyadan Azərbaycana 251 nəfər qayıdıb. Aprelin əvvəlindən Rusiyaya müvəqqəti gedənlər Azərbaycana qayıtmaq üçün sərhəddəki neytral zonada gözləyirlər.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

“Bizə hər dəfə təmkinli olub gözləməyi məsləhət görürlər".

"Əksəriyyətinin pulu da qurtarıb"
Dağıstanda qalan azərbaycanlı: Cənab Prezident, bizim taleyimizi nəzarətə götürün




Geri qayıt