Bakıya qayıdan avtomobillərlə bağlı rəsmi açıqlama: Geri qaytarılıblar

Bakıya qayıdan avtomobillərlə bağlı rəsmi açıqlama: Geri qaytarılıblar Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Bakıya girişdə sıxlıq müşahidə edilir.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev məsələylə bağlı açıqlama verib. O qeyd edib ki, karantin postlarının fəaliyyət göstərdiyi ərazilərdə səhər saatlarından etibarən sıxlıq yaranıb:
“Sıxlıq cənub, şimal və qərb istiqamətində müşahidə edilir. Amma nisbətən daha çox sıxlıq cənub istiqamətində, yəni Bakı-Ələt yolunun 65-ci km-də yerləşən karantin postundadır. Bu da həmin istiqamətdən gələn nəqliyyat vasitələrinin sayının çoxluğu ilə bağlıdır. Düzdür, orada da dənizkənarı torpaq yolla getməyə cəhd olunub. Müvafiq polis naryadları tərəfindən həmin cəhdin qarşısı alınıb. Bakı və Sumqayıt şəhərinə gələn insanların sayı çoxdur. Konkret olaraq hər bir nəqliyyat vasitəsinin sürücüsü və sərnişini yoxlanılmadan buraxılmadığına görə sıxlıq yaranıb. Kifayət qədər sərnişinin də Bakı şəhərinə girişinə icazələri olmadığına görə onlar da geri qaytarılırlar. Nisbətən az sıxlıq şimal istiqamətində yerləşən postdadır. Belə ki, həmin ərazidə sıxlıq dərəcəsi kifayət qədər aşağıdır”.
Geri qayıt