"Azərsu” ASC-nin rəhbəri vəzifəsindən azad edilir?

"Azərsu” ASC-nin rəhbəri vəzifəsindən azad edilir? "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad edilə bilər...
Pravda.az-ın xəbərinə görə, buna səbəb sərtləşdirilmiş karantin rejimi, xüsusilə də havanın temperaturunun 42 dərəcə olduğu dövrdə insanların içməli su ilə təmin edilməməsidir.

Bakıda, o cümlədən bölgələrdə insanlar etiraz aksiyaları keçirirlər, yolları bağlayırlar. Onlar bildirirlər ki, “Azərsu”ya etdikləri müraciətlərə cavab verilmir. Qurumun əməkdaşları heç jurnalistlərin də zənglərinə cavab vermirlər. Artıq Prezident Administrasiyasına xeyli sayda şikayət göndərilib. Vətəndaş narazılığı Qorxmaz Hüseynovun vəzifəsini itirməsi ilə nəticələnə bilər. Çünki sərt karantin rejimi ən həssas dövr hesab edilir və bu zaman vətəndaş məmnuniyyəti mühüm məsələdir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, məmurlar vətəndaşlara xidmət etməlidirlər, onların problemlərini dinləməlidirlər...

Qeyd: Q.Hüseynov 2011-ci ildən ASC-nin sədridir.
Geri qayıt