Azərbaycanın tanınmış professoru koronavirusa yoluxdu

Azərbaycanın tanınmış professoru koronavirusa yoluxdu Tanınmış professor, "Urologiya Mərkəzi" klinikasının sahibi, akademik Kamal Abdullayev koronavirusa yoluxub.

Bu barədə səhiyyə üzrə məlumatlı mənbədən məlumat daxil olub.

Etibarlı mənbə qeyd edir ki, 80 yaşlı akademik hazırdda virusa qalib gəlmək üçün öz müalicəsini davam etdirir.
Qeyd edək ki, Kamal Abdullayev uzun müddət respublikanın baş uşaq uroloqu, 2004-2005-ci illərdə isə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur. Professor Kamal Abdullayev, Respublika Transpantoloqlar Assosiyasının sədri, Respublika Uroloqlar Cəmiyyətinin sədr müavinidir, Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 2000-ci ildə Kamal Abdullayevə Azərbaycan Respublikası prezidenti tərəfindən “Əməkdar Həkim” adı verilmişdir. Görkəmli alim indiyə kimi məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair 4 monoqrafiyanın və 200 dən çox elmi məqalənin, 14 səmərələşdirici təklifin müəllifi olmuşdur.

Demokrat.az
Geri qayıt