Teymur Mustafayevin dəfnində iştirak edən 7 nəfər cərimələndi

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumat verib.
"Dəfn mərasimində, təqribən, 30 nəfər şəxs iştirak edib. Onlardan əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən isə 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar", - məlumatda bildirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.