Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan öldü Azərbaycanda daha bir həkim koronavirus səbəbindən dünyasını dəyişib.

Bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib.

O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib:

"Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin".
Geri qayıt