Bakıda gənc iş adamı koronavirusdan öldü

Bakıda gənc iş adamı koronavirusdan öldü Azərbaycanda daha bir gənc koronavirusdan ölüb.

Bakıda mebel şirkətinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus pandemiyasından dünyasını dəyişib.

Bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxsa da, ilk günlərdə bunun adi qrip olduğunu deyərək həkimə müraciət etməyib. Ev şəraitində özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib.
Geri qayıt