Jurnalistlərdən yeni KİVDF sədrinə müraciət... - "Vüqar Səfərlinin yolu bərbad idi..."

Jurnalistlərdən yeni KİVDF sədrinə müraciət... - "Vüqar Səfərlinin yolu bərbad idi..." "Hörmətli Əhməd müəllim. Bu günə qədər, daha doğrusu sizin KİVDF rəhbərliyinə təyin olunduğunuz ana qədər rəhbəri olduğunuz təşkilatın mətbuatın başına hansı oyunları açdığı göz önündədir. Artıq məsələlər hüquqi müstəvidə həll olunur. Desək ki, bu bizi sevindirir, yalan deyərik. Ona görə ki, istənilən bir hüquqi araşdırmanın yekunu olaraq bu günə qədər pozulmuş haqqlarımızın bərpasını görəcəyik - buna inanmırıq..." Bu sözlər Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun prezidenti Əhməd İsmayılova bir qrup jurnalist tərəfindən edilən müraciətdəndir.

Müraciətdə daha sonra bildirilir: "Vüqar Səfərlinin nə etdiyini yaxşı bilirik, yaxşı bilirsiniz. Siz daha qdəqinini bilmiş olarsınız. Çünki vəzifədə sizsiniz. Bizim bildiyimiz odur ki, Vüqar Səfərlinin getdiyi yol bərbad idi. O yolu sizə arzulamırıq. Amma son günlər sosial şəbəkələrdə belə bir informasiya yayılıb ki, bəs yeni KİVDF rəhbərliyi də köhnələrin dövründə olduğu kimi davranmağa başlayıb. Yəni indidən bazarlıq gedir.

Biz bu günə qədər susmuşuq. Pozulan haqqlarımızın müdafiəsinə layiqincə reaksiya verə bilməmişik. Ona görə yox ki, vüqar Səfərlinin başbiləni olan Əli Həsənovdan ehtiyatlanmışıq. Ona görə ki, nəhayətdə haqqımızın təmin olunacağına ümid etmişik. Bu da son ümidlərimizdir.

Hörmətli Əhməd müəllim! Maləsəf, siz ümidlərimizin bitdiyi nöqtədə rəhbər təyin olunmusunuz. Odur ki, sizin ədalətli olmaq borcunuzdur. Təkcə vəzifə borcunuz yox, həm də bu vaxta qədər baş verən eybəcər media siyasətinin darmadağın ediləcəyinə inamımızın yaranması naminə borcunuzdur...

Biz hansısa dedi-qoduya inanmırıq. Ədalətli olacağınıza inanırıq. Ona görə də bu müraciətimizi konkretləşdirib imzalarımızı atmırıq. Sadəcə olaraq, diqqətinizə hazırki problemləri, hazırki durumu çatdırırıq. Hansısa problemin fərdi olmadığını bildirmək istəyirik. Yəni bu müraciətdə kiminsə adını görüb, onun probelmininin həl edilməsi yox, ümumi probelmlərin yoluna qoyulmasını arzulayırıq.

İnanırıq ki, sizinlə işləyə biləcəyik..."
Geri qayıt