"Nakhchivani Residence"də sakinlərə zülm edirlər... - VİDEO

"Nakhchivani Residence"də sakinlərə zülm edirlər... - VİDEO "Nakhchivani Residence" yaşayış kompleksi Binəqədi rayon Əcəmi Naxçıvani küçəsində yerləşən bina 44-ün sakinlərinə problem yaradıb.

"Rupor"a bina sakinlərinin verdiyi məlumata görə onlar yaşayış kompleksi rəhbərliyinin qanunsuz və özbaşına hərəkətinə etiraz əlaməti olaraq aksiya keçirməyi, Əcəmi Naxçıvani küçəsini bağlamağı planlaşdırırlar:

Bina sakini: "Bizim binanın zibillərini müqavilə bağladığımız şirkət vaxtında aparır və bu prosesdə heç bir problemlə qarşılaşmamışıq. Belə olan təqdirdə "Nakhchivani Residence" yaşayış kompleksi bizim binanın yaxınlığındakı onlara aid binaların zibilxanasını niyə bizim həyətdə tikir? Soruşuruq, deyirlər ki, siz də zibillərinizi ora ata bilərsiniz. Axı bizim buna ehtiyacımız yoxdur".

Şikayətçi sakinlər "Rupor" saytına hadisəni əks etdirən videosüjet göndəriblər. Videodan aydın görünür ki, zibilxananın inşası Əcəmi Naxçıvani 44 küçəsində yaşayan binanın sakinlərinin həyətində tikilsə də, onlar bu zibilxanaya ehtiyacları olmadıqlarını bildirir, tikintinin başa çatmasından sonra ora atılan tullantıların sanitar-gigiyenik qaydaları pozaraq, onların sağlamlığına zərbə vuracağını düşünürlər.

Hadisə yerinə gələn kompleksin məsul şəxsi və mühafizəçisi tikintinin hansı səbəbdən öz ərazilərində deyil, qonşu binanın ərazisinidə aparılmasına haqq qazandıra bilmirlər.
Geri qayıt