Ağdamda inanılmaz olay: Cin gördüyünü deyən iki şagird məktəbdə huşunu itirdi

Ağdamda inanılmaz olay: Cin gördüyünü deyən iki şagird məktəbdə huşunu itirdi Ağdam məktəblərindən birində qəribə hadisə baş verib. Belə ki, cin gördüyünü deyən iki məktəbli özündən gedib. Hadisə rayonun "Baharlı-1" qəsəbəsinin orta məktəbində qeydə alınıb.
Məlumata görə, məktəbin idman zalına gedən, VI sinifdə oxuyan iki şagird orada qəflətən qışqıraraq huşunu itiriblər.
Bunu görən müəllimlər məktəbə təcili tibbi yardım briqadası çağırıb.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra səhhətləri yaxşılaşıb.
Hadisə yerinə çağrılan Ağdam Təcili Tibbi Yardım Stansiyasının həkimi bildirib ki, ağır gərginlik geçirmələri səbəbindən onların biri tamamilə, birisə qismən huşunu itirib.
Valideyinlərin dediklərinə görə, artıq bir neçə gündür ki, uşaqlar evdə məktəbin idman zalında cin olması barədə danışırlar.

Cebhe.info
Geri qayıt