Evdən çıxan xəstələr cinayət məsuliyyəti daşıyacaq

Evdən çıxan xəstələr cinayət məsuliyyəti daşıyacaq "Ola bilsin ki, yoluxma sayının bəlli bir həddi aşmasından sonra simptomları olmayan şəxslərin evlərdə müalicəsinə başlanılsın".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Asimptomatik xəstələrin müalicəsi üçün e-təbib aplikasiyası yaradılıb. Həmin xəstələrin ehtimal olunan evdən çıxması halı bizi narahat edir. Bu şəxslər inzibati və cinayət məsuliyyəti daşıyacaqlar. Bu yaxınlarda Ağciyər xəstəlikləri İnstitutunda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim və ailəsi də virusa yoluxmuşdu".
Geri qayıt